SİYASƏT


Gürcüstan mətbuatı Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərini atəşə tutmasından yazır

Tbilisi, 11 oktyabr, AZƏRTAC 

Gürcüstanın nüfuzlu “report.ge”, “interpressnews.ge”, “24news.ge”, “aktual.ge” informasiya portalları, eləcə də bir neçə televiziya kanalı Ermənistanın humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan dinc əhalisini, Mingəçevir və Gəncə şəhərlərini raket və top atəşinə tutmasından yazır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus, gürcü və ingilis dillərində yayımlanan materiallarda Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriya və raket atəşinə tutmaqda davam etdiyi bildirilib. Azərbaycanın ikinci böyük şəhəri Gəncənin atəşə tutulması nəticəsində 9 mülki şəxsin həlak olması, 30-dan şəxsin yaralanması, evlərin, mülki və inzibati obyektlərin dağıdılması diqqətə çatdırılıb.

Eyni zamanda, gürcü mətbuatı Ermənistan silahlı birləşmələrinin cəbhənin müxtəlif istiqamətlərində hücuma keçmək istədiyi, Azərbaycan Ordusunun buna imkan vermədiyi, ermənilərin çoxlu sayda texnika və canlı qüvvəsinin məhv edildiyi barədə oxuculara məlumatlar çatdırıb.

Bundan başqa, mətbuat mülki təyyarələrlə Ermənistana humanitar yük adı altında silah-sursat daşınması barədə də məlumatlar yayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.