QAN YADDAŞI


Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb

Tbilisi, 3 mart, AZƏRTAC

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Avstriyanın paytaxtı Vyana şəhərinin Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı keçirilən aksiya barədə məlumat dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə aksiyada 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox azərbaycanlı icma üzvünün, diaspor təşkilatlarının təmsilçilərinin və Azərbaycan xalqına dost münasibət bəsləyən xalqların nümayəndələrin iştirakı və izdihamı barədə oxuculara məlumat verilir.

Bildirilir ki, aksiya çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən kitab, buklet, broşür və materiallar şəhər ictimaiyyətinə paylanılıb.

Materialda geniş aksiyada Gürcüstandan olan 9 nümayəndənin iştirak etdiyi barədə məlumat verilir.

Bildirilir ki, Tbilisidə fəaliyyət göstərən Beynəlxalq Hüquq Mərkəzinin rəhbəri Əli Bədirovun aksiyada gürcü dilində çıxış edərək Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.