SİYASƏT


Gürcüstan mətbuatı: Zəngilanda Azərbaycan bayrağı dalğalanır

Tbilisi, 21 oktyabr, AZƏRTAC

Gürcüstan mətbuatının bugünkü buraxılışlarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa növbəti müraciəti və müzəffər Azərbaycan Ordusunun yeni qələbələri, Zəngilan şəhərinin və rayonun, eləcə də Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının bəzi kəndlərinin işğaldan azad etməsi barədə xəbəri, eləcə də işğaldan azad olunmuş Zəngilan şəhərində dövlət bayrağımızın dalğalanması barədə xəbərlər yenə də ən çox oxunan xəbərlər sırasındadır.

AZƏRTAC xəbər verir ki, nüfuzlu report.ge, 24news.ge, pia.ge, aktual.ge informasiya portalları, televiziya kanalları Azərbaycan Prezidentinin xalqa yeni müraciətini Azərbaycan, rus, gürcü və ingilis dillərində oxuculara çatdırıblar.

Xəbərlər insanlara təkcə mətn və fotolarla deyil, videogörüntülər vasitəsi ilə də çatdırılır.

Bəzi materiallarda Azərbaycan Prezidentinin xalqa müraciəti zamanı “Biz Ermənistan hökumətini diz üstə çökdürdük” kəlamı sərlövhə kimi təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.