Gürcüstan mətbuatında Ulu Öndərə həsr olunmuş sərgi ilə bağlı silsilə materiallar dərc edilib
AzerTAg.az
Tbilisi, 12 may, AZƏRTAC
Gürcüstanın aparıcı informasiya portalları, televiziya və radioları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Gürcüstanın Təsviri İncəsənət Muzeyində açılmış “Gələcəyə aparan yol” adlı sərgidən yazıb.
AZƏRTAC xəbər verir ki, newsday.ge 24news.ge, interpress.ge, aktual.ge informasiya portalları, imedi.ge və rustavi2.ge televiziya kanalları, AGFM radiosu sərgi ilə bağlı Azərbaycan, rus, gürcü və ingilis dillərində silsilə materiallar yayıblar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin və AZƏRTAC-ın təşəbbüsü ilə dərc olunan materiallarda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Gürcüstanın keçmiş prezidenti Edurad Şevardnadze ilə dostluğu, Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilən layihələrdən bəhs olunur.
Eyni zamanda, sərginin açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin, Gürcüstan xarici işlər nazirinin müavini Aleksander Xvtisiaşvilinin Ulu Öndərlər bağlı söylədikləri fikirlər də yer alıb.
Ümumilikdə Gürcüstan mətbuatında sərgi ilə əlaqədar 20-yə yaxın material yayılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi





Xəbərin mətnində orfoqrafik səhv var