DÜNYA


Gürcüstan milli çempionatında futbolçular arasında kütləvi dava düşüb

Tbilisi, 24 may, AZƏRTAC

Gürcüstan milli çempionatında Bolnisi rayonunun “Sioni” komandası ilə Rustavinin eyni adlı komandaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, oyunda futbolçular arasında kütləvi dava düşüb.

Hər şey “Rustavi” komandasının vurduğu 3-cü qoldan sonra baş verib.

“Sioni” komandasının oyunçuları hakimin qərarına etiraz edib, qolu hesaba almamağı tələb ediblər.

“Rustavi”nin oyunçuları buna etiraz etdikdə kütləvi dava düşüb.

Meydançaya azarkeşlərin də daxil olması vəziyyəti daha da gərginləşdirib.

Qarşıdurma zamanı xəsarət alanlar var.

Oyunu idarə edən hakim hər iki komandadan iki oyunçunu meydandan qovub.

Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.