DÜNYA


Gürcüstan müxalifəti Tbilisidə hökumət binasının qarşısında etiraz aksiyası keçirib

Tbilisi, 21 noyabr, AZƏRTAC

Gürcüstan müxalifəti noyabrın 21-də səhər Tbilisidə hökumət binası qarşısında etiraz aksiyası keçirib.

AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları hakim Gürcü Arzusu Partiyasının qərarına əsasən 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsinə etiraz ediblər.

Aksiyada ictimai fəallar və müxalifət partiyalarının liderləri iştirak ediblər.

Mitinq iştirakçıları bir neçə dəfə hökumət administrasiyasının binasının giriş qapısına qıfıl bağlamaq istəyiblər. Polis onların bu cəhdinin qarşısını alıb. Tərəflər arasında qarşıdurma baş verib.

Polis əməkdaşları binanın önündə canlı sədd yaradıblar. Buna baxmayaraq, aksiya iştirakçıları Gürcüstanın hökumət binasının dəmir darvazalarına bir neçə qıfıl asıblar.

Təşkilatçılar bu cür etiraz aksiyalarını davamlı olaraq keçirəcəklərini bildiriblər. Aksiya təşkilatçıları qeyd ediblər ki, bütün dövlət qurumlarının giriş qapılarına qıfıllar bağlanacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.