DÜNYA


Gürcüstan müxalifəti ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

Tbilisi, 29 noyabr, AZƏRTAC

Gürcüstanın birləşmiş müxalifəti noyabrın 28-da keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır. Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla seçkilərdə məğlub olmuş birləşmiş müxalifətin və “Vahid Milli Hərəkat” partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze noyabrın 29-da Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə çıxış edib. Q.Vaşadze deyib ki, müxalifət prezident seçkilərini və onun nəticələrini tanımır. “Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Bu seçkilər proporsional və ya regional-proporsional qaydada keçirilməlidir”, - deyə Q.Vaşadze vurğulayıb.

Q.Vaşadze dekabrın 2-də paytaxtın mərkəzi Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz, Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıblar.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.