DÜNYA


Gürcüstan müxalifəti paytaxt Tbilisidə etiraz yürüşü keçirir

Tbilisi, 17 noyabr, AZƏRTAC

Gürcüstanın birləşmiş müxalifət partiyaları noyabrın 17-də Tbilisinin mərkəzində yerləşən Rustaveli prospektindəki Puşkin parkından parlamentin binasına qədər yürüş keçirib.

AZƏRTAC xəbər verir ki, əllərində Gürcüstan bayraqlarını və müxtəlif plakatlar tutmuş insanlar “Gürcüstanı dəyişək!” şüarı səsləndirərək, müvəqqəti keçid hökumətinin yaradılmasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

İki mindən çox insanın iştirak etdiyi yürüş səbəbindən Rustaveli prospekti bağlanıb, polis təhlükəsizlik tədbirləri görür.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.