DÜNYA


Gürcüstan müxalifəti proporsional seçki sisteminin bərpasını tələb edir

Tbilisi, 13 iyun, AZƏRTAC

Gürcüstanın 20 müxalifət partiyası proporsional seçki sisteminə keçid tələbi ilə bağlı 300 min imza toplayıb.

AZƏRTAC xəbər verir ki, toplanmış imzalar iyunun 13-də Gürcüstan parlamentinə təqdim olunub.

Müxalifət seçki sisteminin 2020-ci ildən etibarən dəyişdirilməsini tələb edir.

Gürcüstanın “Yeni Sağçılar” Partiyasının üzvü Mamuka Katsutadze jurnalistlərə bildirib ki, müxalifət imzaların sayının milyona çatdırmaq niyyətindədir. Bunun üçün də imzatoplama kampaniyası davam etdirilir.

Gürcüstan parlamenti 10 gün ərzində imzaların etibarlılığını yoxlamalıdır.

Hakim “gürcü arzusu-demokratik Gürcüstan” partiyasının müxalifətə cavabı özünü çox gözlətməyib.

Partiyanın siyasi şurasının üzvü və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, ölkədə seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı İşçi qrupunun görüşlərində proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur.

O deyib ki, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yeni qanun layihəsi hazırlanır və sənəd təxminən bir ay sonra parlamentdə müzakirəyə çıxarılacaq.

Onun sözlərinə görə, İşçi qrupu formatında keçirilən müzakirələrdə seçki prosesinə düzəlişlərlə bağlı yalnız ATƏT-in tövsiyələri nəzərdən keçirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.