DÜNYA


Gürcüstan neft məhsullarının idxalını azaldıb

Tbilisi, 21 sentyabr, AZƏRTAC

Gürcüstan neft və neft məhsullarının idxalını 31,4 faiz azaldıb. Yanvar-avqust aylarında Gürcüstan 325 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları tədarük edib. Bu da ötən ilin eyni aylarının göstəriciləri ilə müqayisədə 31,4 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstanın ümumi idxalında neft və neft məhsullarının payı 6,6 faiz olub. Səkkiz ayı ərzində Gürcüstanın idxal etdiyi təbii qazın dəyəri isə illik müqayisədə 11,5 faiz azalaraq 179 milyon dollar təşkil edib.

Hesabat dövründə neft və neft məhsulları Gürcüstanın ikinci, təbii qaz isə 5-ci əsas idxal məhsulu olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.