DÜNYA


Gürcüstan neft və neft məhsullarının idxalını azaldıb

Tbilisi, 20 iyun, AZƏRTAC

Gürcüstan cari ilin yanvar-may aylarında 195,6 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib. Bu da Gürcüstanın ümumi idxalının 6,6 faizinə bərabərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, illik müqayisədə Gürcüstanın neft və neft məhsullarının idxalında 29,6 faiz azalma qeydə alınıb. Hesabat dövründə Gürcüstan 167,3 milyon dollarlıq təbii qaz tədarük edib. Ötən ilin eyni göstəricisi ilə müqayisədə qaz idxalı 0,6 faiz azalıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.