İDMAN


Gürcüstan paralimpiyaçısının akkreditasiyası ləğv edilib

Bakı, 20 avqust, AZƏRTAC

Tokio Yay Paralimpiya Oyunlarında iştirak etməli olan Gürcüstan paralimpiyaçısı, “Rio-2016”nın qalibi, 34 yaşlı cüdoçu Zviad Qoqoçurinin (90 kq) akkreditasiyası ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Tokio-2020”nin təşkilat komitəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Gürcüstan millisinin digər üzvlərinə də gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün xəbərdarlıq edilib.

Bundan əvvəl gürcüstanlı paralimpiyaçının Tokioda hotelin təhlükəsizlik işçisini itələdiyi və nəticədə onun ağır yaralandığı bildirilmişdi. Kyodo agentliyinin verdiyi məlumata görə, paralimpiyaçı həmin vaxt sərxoş olub.

Tokio Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.