DÜNYA


Gürcüstan parlamenti orta məktəblərdə buraxılış imtahanlarını ləğv edib

Tbilisi, 8 aprel, AZƏRTAC

Gürcüstan parlamenti orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı hökumətin təşəbbüsünü dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, layihə aprelin 5-də səsvermədən keçməmişdi. Bu gün layihə üçüncü oxunuşda yenidən səsverməyə çıxarılıb. Deputatlardan 80 nəfəri qanun layihəsinin lehinə, 8-i isə əleyhinə səs verib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda orta məktəblərdə buraxılış imtahanları 11-ci və 12-ci siniflərdə keçirilirdi. “Ümumi təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra şagirdlərin attestat alması qaydaları da dəyişib. İndi attestat almaq üçün şagirdlər bütün fənlər üzrə 10 ballıq sistemlə 5 baldan çox qiymət almalıdırlar.

Maraqlıdır ki, bu qanun əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən şagirdlərə də tətbiq olunacaq. Belə ki, əvvəlki illərdə bütün fənlərdən 5 və daha çox bal toplayan şagirdlər də attestat ala biləcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.