DÜNYA


Gürcüstan parlamenti uzun fasilədən sonra fəaliyyətini bərpa edib

Tbilisi, 21 may, AZƏRTAC

Gürcüstan parlamenti uzun fasilədən sonra fəaliyyətini mayın 21-də bərpa edib.

AZƏRTAC xəbər verir ki, parlamentin iclasında bir sıra qanun layihələrinə baxılıb, eyni zamanda, oktyabrda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri barədə məsələ diqqət mərkəzində olub.

Bildirilib ki, müxalifətin tələbi əsasında hökumət parlamentdə hesabat verəcək.

Parlamentin sədri Arçil Talakvadze deyib ki, hökumət başçısı mayın 27-də deputatlar qarşısına çıxacaq.

Məsələyə aydınlıq gətirən Baş Nazir Giorgi Qaxariya deyib ki, Gürcüstan hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində ölkədə həyata keçirilən bütün tədbirlər barədə parlamentdə hesabat verməyə hazırdır. Onun sözlərinə görə, bununla bağlı artıq parlamentin sədrinə məktub göndərilib. “Hökumət yaxın günlərdə parlamentdə bütün suallara cavab verməyə hazırdır. Prosesə cəlb olunan hər bir kəs qanunverici orqana gedəcək və bütün məsələlərə aydınlıq gətiriləcək”, – deyə G.Qaxariya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.