DÜNYA


Gürcüstan parlamentində Dağlıq Qarabağ münaqişəsinin həllinin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə verdiyi töhfə müzakirə olunub

Tbilisi, 12 aprel, AZƏRTAC

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, qapalı keçən iclasda komitənin sədri İrakli Beraya regionda baş verən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşıda duran yeni çağırışlar barədə danışıb.

Sonra komitə üzvləri Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edən Şalva Lomidzenin məsələ ilə bağlı məruzəsini dinləyiblər.

Xidmət rəisi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məlumat və razılaşmanın nəticələri barədə ətraflı məlumat təqdim edib.

Bildirib ki, Gürcüstan hökuməti ölkənin bölgədə üzləşdiyi təhlükələrə cavab olaraq müdafiə, milli təhlükəsizlik sistemi və bölgədə təhlükəsizlik mühitinin daha da gücləndirilməsi istiqamətində bir sıra vacib addımlar atır.

Toplantıda, həmçinin komitə üzvləri qurumun hazırladığı təhlil və qiymətləndirmələrlə tanış edilib və Gürcüstanın bölgədəki hazırkı vəziyyətlə əlaqədar üzləşə biləcəyi problemlər barədə danışılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.