DÜNYA


Gürcüstan parlamentinə yeni sədr seçilib

Tbilisi, 27 aprel, AZƏRTAC

Bu gün Gürcüstan parlamentinin iclasında təşkilati məsələyə baxılıb.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının Siyasi Şurasının üzvü, deputat Kaxa Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.

AZƏRTAC xəbər verir ki, qanunverici orqanın plenar iclasında onun namizədliyini 86 deputat dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, parlamentin keçmiş sədri Arçil Talakvadze aprelin 24-də istefa verib.

K.Kuçava 2016-cı ildən parlamentdə təmsil olunur. O, ötən ilin dekabrında parlamentin vitse-spikeri vəzifəsini tutub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.