SİYASƏT
Gürcüstan parlamentinin Sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 20 iyun, AZƏRTAC
Gürcüstan parlamentinin Sədri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 20-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.