SİYASƏT


Gürcüstan parlamentinin deputatı: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə sülh və sabitliyin təməli qoyulub

Tbilisi, 24 oktyabr, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə sülh və sabitliyin təməli qoyulub. İndi əsas məqsəd bu sabitliyi qoruyub saxlamaq və inkişafa nail olmaqdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Zaur Darğallı söyləyib.

Deputat deyib: “Bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminəm. Regionda baş verən bütün proseslərdə gənclərin və obyektiv medianın rolu çox əhəmiyyətlidir. Bölgədə sülh mövzusunda gənclər və jurnalistlər arasında fikir mübadiləsi üçün şəraitin yaradılması böyük önəm daşıyır. Biz Azərbaycan və Gürcüstan gənclərinin, mətbuatının bu məsələdə rolunu artırmalıyıq. Bu, bizim işimizi daha da asanlaşdıracaq”.

Z.Darğallı bildirib ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi Gürcüstan üçün də yeni imkanlar açıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.