SİYASƏT
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
Tbilisi, 19 sentyabr, AZƏRTAC
Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziqurinin rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 19-da Azərbaycana səfərə yola düşüb.
Gürcüstan parlamentindən AZƏRTAC –a bildiriblər ki, səfərin məqsədi Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etməkdir.
Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Nümayəndə heyətinin tərkibinə deputatlar Tamaz Naveriani, Georgi Mosidze, Ramaz Nikolaşvili, Nikoloz Samxaradze və digərləri daxildir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi