DÜNYA


Gürcüstan patriarxlığı ölkədə marixuananın becərilməsinə və istehsalına etiraz edir

Tbilisi, 19 sentyabr, AZƏRTAC

Gürcüstan Pravoslav kilsəsi, onun rəhbərliyi, yepiskoplar, digər dindar şəxslər və xalq hökumətin marixuananın tibbi və kosmetik məqsədlər üçün istehsalı ilə bağlı hazırladığı qanun layihəsinə qarşı eyni fikirdədir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Gürcüstan Pravoslav kilsəsinin sentyabrın 18-də yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda deyilir ki, kilsə marixuananın bütün növlərinin yetişdirilməsinə və istənilən məqsədlər üçün istifadəsinə qarşıdır: “Bəzi sosial şəbəkələrdə guya tək-tək din xadimlərinin bu qanuna qarşı olması barədə fikirlərin də heç bir əsası yoxdur. Pravoslav kilsə, eləcə də, başda patriarxlıq olmaqla, bütün yepiskoplar, dindarlar marixuananın bütün növlərinin istehsalına və istifadəsinə etiraz edir”.

“Marixuananın hər hansı bir növünün istənilən məqsədlərlə əkilməsi, becərilməsi və istehsalı bütövlükdə əhali üçün çox ağır nəticələrə səbəb olacaq”, - deyə bəyanatda vurğulanır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.