DÜNYA
Gürcüstan paytaxtında restoran sahibləri onlayn çatdırılma xidmətindən imtina ediblər
Tbilisi, 30 yanvar, AZƏRTAC
Gürcüstanda restoran sahibləri hökumətin bu sahənin bağlı saxlanılması ilə bağlı qərarına etiraz edirlər. Paytaxt Tbilisidə 86 restoran yanvarın 30-dan etibarən 24 saat çatdırılma xidmətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Restoranlar Dərnəyinin rəhbəri Şota Burcanadze bildirib.
Onun sözlərinə görə, vəziyyət artıq dözülməz hala çatıb. Məhdudiyyətlər səbəbindən ölkə sosial partlayış astanasındadır. Müəssisələr iflasa uğrayır, ümumi işsizlik hökm sürür. Problemlərin öhdəsindən gəlmək üçün təsirli addımlar atılmır. Hökumət mövcud problemləri səhv qiymətləndirir.
“Buna etiraz olaraq onlayn xidmətlərdən istifadəni rədd edirik”, – deyə Şota Burcanadze vurğulayıb.
Bununla yanaşı, restoranlar şəbəkəsinin üzvləri hökumət evinin qarşısında dinc etiraz aksiyası keçirəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]