DÜNYA


Gürcüstan polisi paytaxt Tbilisidə xüsusi əməliyyat keçirib

Tbilisi, 2 dekabr, AZƏRTAC

Gürcüstan Daxili İşlər Nazirliyi dekabrın 2-də paytaxt Tbilisinin Vake-Saburtalo rayonunun Liaxuri küçəsindəki oteldə xüsusi əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, xüsusi əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 7 nəfər Ukrayna vətəndaşı saxlanılıb.

Hazırda “bir qrup şəxs tərəfindən odlu silah, partlayıcı maddə, sursat, partlayıcı maddələrin hazırlanması üçün xammal və digər təhlükəli vasitələrin saxlanılması, daşınması və satışı” maddəsi ilə araşdırma aparılır.

Saxlanılan şəxslərdən birinin Ukraynanın “Donbas” taborunda döyüşmüş keçmiş gürcü hərbçisi Luka Çxetiya olduğu bildirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.