SİYASƏT


Gürcüstan portalı xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır

Tbilisi, 22 noyabr, AZƏRTAC

Gürcüstanın nüfuzlu report.ge informasiya portalı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, rus, ingilis və gürcü dillərində dərc olunan xəbərlərdə 120 diplomatın ermənilərin Füzulidə törətdikləri vəhşiliklərlə yaxından tanış olduğu, bu vandalizmin onlarda dərin təəssüratlar yaratdığı vurğulanır.

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər Füzuli rayonunun tarixi, mədəniyyəti, təbiəti, müharibədən əvvəlki və sonrakı vəziyyəti, strateji əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, report.ge portalı, eyni zamanda, Ağdamın Şelli kəndindən Azərbaycan bayrağının ucaldılması barədə də məlumat yayılıb.

Xətayi əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.