SİYASƏT
Gürcüstan portalları Azərbaycan Prezidentinin “France 24” kanalına müsahibəsindən bəzi fikirlərini dərc edib
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Gürcüstan portalları Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsindən bəzi fikirlərini dərc edib.
AZƏRTAC xəbər verir ki, interpressnews.ge, report.ge, 24news.ge, aktual.ge və digər portallar Azərbaycan, rus, ingilis və gürcü dillərində Prezident İlham Əliyevin Ermənistanın son hərbi təxribatları, atəşkəsi kobud şəkildə pozması, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən fərqli olaraq mülki obyektləri atəşə tutmaması, eləcə də ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olması ilə bağlı fikirlərini oxucuların diqqətinə çatdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi