SİYASƏT
Gürcüstan portalları Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatı ilə bağlı məlumat yayıb
Tbilisi, 13 iyul, AZƏRTAC
Gürcüstanın dalgatv.ge, gaxa.ge, 24news.ge informasiya portalları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, oxuculara Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması, artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutduğu qeyd olunub.
Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Xüsusi vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür və növbəti təxribatdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi