DÜNYA


Gürcüstan qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirib

Tbilisi, 10 avqust, AZƏRTAC

Gürcüstan hökuməti ölkəyə qeyri-qanuni gələnlərə və qanunsuz miqrasiyaya qarşı tədbirləri gücləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, görülən tədbirlər nəticəsində 2019-cu ilin yanvar-iyun aylarında Gürcüstandan 18 ölkədən olan 41 əcnəbi vətəndaş çıxarılıb. Hesabat dövründə altı İran, beş Misir, dörd Türkiyə, iki Anqola, iki Hindistan, iki İraq və iki Nigeriya vətəndaşı Gürcüstandan çıxarılıb.

Bundan başqa Kanada, Keniya, Özbəkistan, Ukrayna, Banqladeş, Konqo, Mərakeş, Nepal, Pakistan və Haitidən hər birindən bir vətəndaş Gürcüstandan deportasiya edilib. Gürcüstandan çıxarılan xaricilər arasında səkkiz Azərbaycan vətəndaşı da var.

Qonşu ölkədən çıxarılan əcnəbilər arasında 26-40 yaş arası kişilər üstünlük təşkil edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.