CÜMHURİYYƏT - 100
“Gürcüstan” qəzetində AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsi dərc olunub
Tbilisi, 29 may, AZƏRTAC
“Gürcüstan” qəzetində AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri Xətayi Əzizovun “Tarixi keçmişini, qəhrəmanlarını unutmayan xalq yaşayacaq” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, süqutu, həmçinin Cümhuriyyət liderlərindən olan Fətəli Xan Xoyski və Həsən bəy Ağayevin həyat və fəaliyyətləri, erməni cəlladları tərəfindən Tbilisidə qətlə yetirilmələri barədə oxuculara məlumat verilir.
Məqalədə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin məzarlarının yerləşdiyi Tbilisidəki Botanika bağında yerləşən “köhnə müsəlman qəbiristanlığı” barədə də məlumatlar yer alıb.