DÜNYA


Gürcüstan rəsmiləri Rusiya ilə danışıqların siyasi dialoq şəklində davam etdirilməsini istəyirlər

Tbilisi, 14 yanvar, AZƏRTAC

Rusiya ilə danışıqların formatı yenilənməli və siyasi dialoq əvvəlki səviyyəyə qaytarılmalıdır.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş Nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze və digər rəsmilər bununla əlaqədar müxtəlif açıqlamalarla çıxış ediblər.

Prezident jurnalistlərə açıqlamasında Rusiya ilə danışıqların əvvəlki formatda davam etdirilməsinə tərəfdar olduğunu bildirib: “Mən dəfələrlə demişəm ki, biz Cenevrə formatını yeniləməli və aktivləşdirməliyik. Diplomatik baxımdan mövcud olan bütün imkanlardan istifadə edilməlidir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.