QAN YADDAŞI
Gürcüstan saytları AZƏRTAC-ın təşəbbüsü ilə Tbilisidə açılmış sərgi barədə məlumat yayıblar
Tbilisi, 20 yanvar, AZƏRTAC
Gürcüstanda geniş oxucu kütləsinə malik gaxa.ge portalında AZƏRTAC-ın təşəbbüsü ilə Tbilisidə 20 Yanvar faciəsi ilə əlaqədar açılmış sərgi barədə məlumat yayıb.
“Tbilisidə AZƏRTAC-ın təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olan fotosərginin açılışı olub” (https://gaxa.ge/n/1691) sərlövhəli materialda sərginin əhəmiyyətindən bəhs edilib.
Qeyd olunub ki, nümayiş olunan fotolara baxan gənclər və ictimaiyyət nümayəndələri Bakıda baş verən Qanlı Yanvar faciəsini törədənləri cinayətkar adlandırıb, onlara cəza verilməsini qətiyyətlə tələb ediblər.
24news.ge portalında isə (https://24news.ge/read/id/1373) “Gənclər qanlı yanvar faciəsinin acı nəticələri ilə tanış oldular” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələrin, gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələrinin sərgidə nümayiş etdirilən fotolar vasitəsilə Qanlı Yanvar faciəsinin acı nəticələri ilə tanış olduqları vurğulanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi