CƏMİYYƏT
Gürcüstan saytları bu ölkədə yaşayan soydaşlarımıza Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğısından yazır
Tbilisi, 10 aprel, AZƏRTAC
Gürcüstanın “Qruziya Online” və “report.ge” saytları Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan aztəminatlı ailələrə göstərilən yardımdan yazır.
AZƏRTAC xəbər verir ki, həmin məqalələrdə Azərbaycan dövlətinin ən ağır günlərdə gürcü xalqının yanında olduğu, Prezident İlham Əliyevin təşəbbüsü ilə Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımıza ərzaq yardımının göstərildiyi qeyd olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi