İQTİSADİYYAT


Gürcüstan sentyabrda Azərbaycandan 60 milyon kilovat/saat elektrik enerjisi alıb

Tbilisi, 2 oktyabr, AZƏRTAC

Gürcüstan cari ilin sentyabr ayında 185 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru”nun (ESCO) yaydığı məlumatda bildirilir.

Belə ki, Gürcüstan sentyabrda ən çox Rusiyadan elektrik enerjisi alıb (125 milyon kilovat/saat). Ötən ay Gürcüstan Azərbaycandan 60 milyon kilovat/saat elektrik enerjisi alıb.

ESCO-nun məlumatına görə, Gürcüstan yanvar-avqust aylarında 8,6 milyard kilovat/saat elektrik enerjisi istehlak edib. Bunun 8,3 milyard kilovat/saatı daxili bazarın hesabına təmin olunub. Qalan hissə isə qonşu ölkələrdən alınıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.