SİYASƏT


Gürcüstan siyasətçiləri, ziyalıları, dövlət xadimləri Heydər Əliyevə böyük hörmət bəsləyirlər

Tbilisi, 12 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Ulu Öndərin xatirəsi təkcə Azərbaycanda deyil, Gürcüstanda da ehtiramla anılır. Bu, onu göstərir ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün olduqca əhəmiyyətli və təsirli olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ümummilli Liderin anım günü ilə əlaqədar Tbilisidə keçirilən tədbirlərdə iştirak edən Milli Məclisin deputatı Rasim Musabəyov jurnalistlərə açıqlamasında söyləyib.

“Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, Gürcüstanda Heydər Əliyev şəxsiyyətinə böyük hörmət var. Azərbaycanın Ümummilli Liderinə yalnız Gürcüstan azərbaycanlıları deyil, bu ölkənin siyasətçiləri, ziyalıları, dövlət xadimləri də böyük hörmət bəsləyirlər. Onun hər iki ölkənin müstəqilliyinin möhkəmlənməsində müstəsna xidmətlərinə böyük önəm verirlər”, - deyə deputat əlavə edib.

R.Musabəyov bildirib ki, Ulu Öndər Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığı möhkəmləndirərək iki dövlətin gələcək inkişafı üçün bir yol müəyyənləşdirib: “Azərbaycan və Gürcüstan bir-birlərinə arxalanaraq inkişaf yoluna çıxıblar. Bu yol iki ölkəni və xalqlarımızı bir-birinə əbədi olaraq sıx bağlayacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.