DÜNYA


Gürcüstan və ABŞ təhlükəsizlik sahəsində birgə əməkdaşlıq edəcəklər

Tbilisi, 22 noyabr, AZƏRTAC

Gürcüstan və ABŞ təhlükəsizlik sahəsində birgə əməkdaşlıq edəcəklər.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişi imzalanıb.

Gürcüstanın Müdafiə Nazirliyindən bildiriblər ki, sənədi ABŞ-da səfərdə olan Müdafiə naziri İrakli Qaribaşvli və ABŞ Müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper imzalayıblar.

Sazişdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın növbəti üç il üçün prioritet istiqamətləri müəyyənləşdirilib. Bu sənədin Gürcüstanın müdafiə sahəsində hazırlığının gücləndirilməsinə yönəldiyi bildirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.