DÜNYA
Gürcüstan və Çexiya XİN başçıları regional və enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər
Tbilisi, 10 noyabr, AZƏRTAC
Çexiyanın xarici işlər naziri Yan Lipavski Gürcüstanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, Çexiyanın xarici siyasət idarəsinin rəhbəri gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşdə dünyada və regionda gedən prosesləri müzakirə ediblər.
Söhbət zamanı Gürcüstanın Avropaya inteqrasiyası, demokratik təsisatların inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Bundan başqa, Avropanın enerji təhülkəsizliyində Gürcüstan və digər qonşu ölkələrin rolu məsələsi də müzakirə olunub.
Tərəflər regionda və dünyada sülhün bərqərar olunması üçün səylərin daha da artırılmasının vacibliyini vurğulayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]