DÜNYA


Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

Tbilisi, 23 oktyabr, AZƏRTAC

Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar üçün şərtləri sərtləşdirir.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq “Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” Qanuna dəyişikliklər olunacaq.

Bununla əlaqədar “Vahid Milli Hərəkat” partiyasının hazırladığı qanun layihəsi Gürcüstan parlamentinin siyasi iqtisadiyyat komitəsində birinci oxunuşda müzakirə olunub və dəstəklənib.

Qanuna təklif olunan dəyişikliklərə əsasən, ölkədə iş icazəsi və daimi yaşayış yerinin əldə edilməsi, habelə qeyri-qanuni miqrasiyaya aid şərtlərin sərtləşdirilməsi nəzərdə tutulur.

Parlamentdən bildiriblər ki, bu qanun layihəsi qəbul edildikdən sonra Gürcüstanda 6 il müddətinə müvəqqəti yaşayışa verilmiş icazə daimi yaşayış üçün kifayət etməyəcək. Əlavə tələblər olaraq əcnəbilərin dövlət dilini bilməsi zəruri hesab ediləcək. Həmçinin əcnəbilər Gürcüstana 200 min ABŞ dolları həcmində investisiya yatırmalı və ya əcnəbilərin əmlakı olmalıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.