İQTİSADİYYAT


Gürcüstan yanvar ayında Azərbaycandan 151,777 milyon kilovat/saat elektrik enerjisi idxal edib

Tbilisi, 16 fevral, AZƏRTAC

Gürcüstan 2021-ci ilin yanvar ayında 10 868,1 min ABŞ dolları dəyərində elektrik enerjisi alıb. Bu da Gürcüstanın xarici ticarətindəki idxalın 1,8 faizinə bərabər olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Operatoru (ESKO) məlumat yayıb.

Bildirilir ki, Gürcüstan ötən ay ərzində elektrik enerjisini ən çox Azərbaycandan alıb. Yanvar ayında Azərbaycandan Gürcüstana 151,7779 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub. Bu da Gürcüstanın 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1,9 dəfə və 96 faiz çoxdur.

Azərbaycandan Gürcüstan ərazisindən keçməklə Türkiyəyə idxal olunan elektrik enerjisinin həcmi isə azalıb. Yanvar ayında Azərbaycandan Türkiyəyə 12,724 milyon kilovat/saat elektrik enerjisi ötrülüb. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 51,8 faiz azdır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.