Gürcüstan yeni virusla mübarizəyə hazırlaşır
AzerTAg.az
Tbilisi, 18 may, AZƏRTAC
“Bu gün Gürcüstanda uşaqlarda atipik hepatitlə qarşılaşırıq. Buna adenovirusun səbəb olduğu deyilir. Lakin bu, nə “A”, nə hepatit B, nə də "Delta" deyil. Digər genezis, inkişafının çətin olduğu hallar da var. Bu tip hepatitlərin monitorinqi aparılır”.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamğrelidze məlumat verib.
Mərkəz rəhbəri deyib: "Bu gün uşaqlarda atipik hepatitlə qarşılaşırıq. Amma narahatlığa əsas yoxdur. İnsanları qorxutmaq lazım deyil”.
A.Qamğrelidze bildirib ki, hepatitlə bağlı klinikalara məlumat və tövsiyə məktubları göndərilib və vəziyyət nəzarət altındadır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var