CƏMİYYƏT


Gürcüstana Azərbaycandan gətirilmiş ceyranlar artmağa başlayıb

Tbilisi, 23 may, AZƏRTAC

Gürcüstanın Vaşlovani dövlət qoruğunda ceyranların artımı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Təbiəti Mühafizə Agentliyindən məlumat verilib.

Bildirilir ki, Gürcüstan ərazisində ceyranlar 1960-cı ilədək mövcud olub. Sonradan bu heyvanların nəsli kəsilib. 2013-cü ildə Azərbaycandan 10 baş ceyran gətirilib. Elə həmin ildən Ümumdünya Vəhşi Təbiət Fondu ilə Gürcüstanın Təbiəti Mühafizə Agentliyi ceyranların populyasiyasının bərpası layihəsini həyata keçirirlər. Layihə çərçivəsində artıq bir neçə baş çoxalmış ceyran onillik fasilədən sonra Şərqi Gürcüstanda Kür və Alazan çayları arasında yerləşən İora və Qare-Kaxeti yaylalarına buraxılıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.