CƏMİYYƏT


Gürcüstanda 150-dən çox ailəyə Ramazan sovqatı paylanılıb

Tbilisi, 11 may, AZƏRTAC

Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) müqəddəs Ramazan bayramı münasibətilə bu ölkədə yaşayan soydaşlarımıza ərzaq yardımı kampaniyası təşkil edib.

AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov AZƏRTAC-a bildirib ki, hər il olduğu kimi, bu ildə Ramazan bayramı ərəfəsində təşkilata üzv və tərəfdaş şirkətlərin iştirakı ilə yardım kampaniyası keçirilib.

Aksiya çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) vasitəçiliyi ilə Tbilisi şəhəri, Marneuli və Qardabani rayonlarında yaşayan 150-dən çox aztəminatlı azərbaycanlı ailəyə ərzaq məhsullarından ibarət qutular paylanılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.