Gürcüstanda 1 milyon 254 min 851 minik avtomobili var
AzerTAg.az
Tbilisi, 2 avqust, AZƏRTAC
Gürcüstanda 1 477 293 nəqliyyat vasitəsi qeydiyyata alınıb. Bunlardan 1 milyon 254 min 851-i minik avtomobili, 107 min 983-ü yük avtomobili, 54 min 684-ü avtobus və ya mikroavtobus, 59 min 775-i isə xüsusi təyinatlı avtomobillərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Gürcüstanda qeydiyyatda olan avtomobillərin 83,2 faizinin istehsal tarixi 10 ildən çoxdur.
Məlumata əsasən, minik avtomobillərinin böyük hissəsi paytaxtda qeydiyyata alınıb.
Ölkə üzrə ən çox avtomobil paytaxt Tbilisidə qeydə alınıb - 448,8 min ədəd.
Siyahıda ikinci yerdə 175,2 minlər İmereti, 125,3 minlə Kvemo Kartli-Borçalı bölgəsi dayanır.
Sayca ən az minik avtomobili Raça-Leçxumi və Kvemo Svanetidə bölgələrindədir. Onların sayı ümumilikdə 8,5 min avtomobil təşkil edir.
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var