DÜNYA


Gürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional sistem üzrə keçiriləcək

Tbilisi, 24 iyun, AZƏRTAC

Gürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional sistem üzrə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Siyasi Şurasının iyunun 24-də keçirilən iclasında qəbul edilib. Qərarı ictimaiyyətə partiyanın qurucusu və sədri Bidzina İvanişvili elan edib. O, qərarın ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar qəbul edildiyini bildirib. Əlavə edib ki, parlament seçkiləri 2020-ci ildə sıfır seçki baryeri şəraitində keçiriləcək.

Qeyd edək ki, parlament seçkilərinin proporsional sistemi üzrə keçirilməsi etirazçıların tələblərindən biri olub.

Baş Nazir Mamuka Baxtadze partiya sədri B.İvanişvilinin bu qərarını misli görünməmiş qərar adlandırıb. O deyib ki, 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi barədə qərar ətraflı müzakirə olunub və komanda bu qərarı yekdilliklə dəstəkləyib.

Baş Nazir bildirib ki, hakim partiyanın təşəbbüsü ilə proporsional seçki sisteminə 2024-cü ildən etibarən keçmək nəzərdə tutulurdu. Bu məsələ ilə bağlı qərara dəyişiklik edildi. “Proporsional sistemlə parlamentdə daha çox partiya təmsil olunacaq və bu da Gürcüstanda parlament demokratiyasının tam bərqərar olmasına kömək edəcək”, – deyə Baş Nazir vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.