DÜNYA


Gürcüstanda 206 min 742 nəfər koronavirusa qarşı peyvənd olunub

Tbilisi, 13 iyun, AZƏRTAC

Gürcüstanda son sutkada 4 min 425 nəfər koronavirusa qarşı vaksin qəbul edib. Bununla da ölkədə koronavirusa qarşı peyvənd olunanların sayı 206 min 742 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədə koronavirusa qarşı peyvəndləmə prosesinə martın 15-dən başlanılıb. İnsanlar “Astrazeneka”, “Pfayzer”, “Sinofarm” və “Sinovak” peyvəndini qəbul ediblər.

Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib ki, iyul- avqust aylarında ölkəyə 1 milyon doza vaksin gətiriləcək.

Payız mövsümünə qədər ölkə əhalisinin 60-70 faizinin peyvənd olunacağı proqnozlaşdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.