DÜNYA


Gürcüstanda 20-yə yaxın narkotik alverçisi yaxalanıb

Tbilisi, 7 sentyabr, AZƏRTAC

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisi, Laqodexi, Marneuli, Rustavi və Batumi şəhərlərində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məlumatda qeyd olunub ki, genişmiqyaslı intensiv əməliyyat-istintaq tədbirləri nəticəsində 18 nəfər narkotik alverçisi saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə götürülüb.

Həmin şəxslər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunurlar. Saxlanılan şəxslər, həmçinin narkotik vasitələri internet vasitəsilə satışının təşkilində, insanlardan pul tələb etməkdə də təqsirləndirilirlər.

Saxlanılan şəxsləri 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.