DÜNYA


Gürcüstanda 42 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Gürcüstanda 42 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze məlumat verib. Bildirib ki, onlardan 23-nün namizədliyi təşəbbüs qrupları, 19-u isə siyasi partiyalar tərəfindən irəli sürülüb.

Gürcüstan qanunvericiliyinə və prezident seçkiləri ilə əlaqədar MSK-nın müəyyən etdiyi tədbirlər planına uyğun olaraq namizədliyin irəli sürülməsi müddəti sentyabrın 8-də başa çatıb. Bundan sonra namizədlər topladıqları imzaları və digər sənədləri sentyabrın 18-dək MSK-ya təqdim etməlidirlər. Prezidentliyə namizədin qeydiyyatı üçün 23 min 923 imza (ümumi seçicilərin sayının 0,75 faizi) tələb olunur.

MSK isə sentyabrın 28-dək imzaları və tələb olunan digər sənədlərin doğruluğunu yoxlayıb həmin şəxslərin namizədliyini təsdiq etməlidir.

Mikeladzenin sözlərinə görə, 42 nəfərdən dördünün namizədliyi artıq qeydə alınıb.

Bunlar “Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat” Partiyasının lideri David Bakradze, Mixail Saluaşvili (Ədalətin bərpası “Xalqın səsi”), Zviad Baqdavadze (“Vətəndaş platforması-Yeni Gürcüstan”) və Şalva Natelaşvilidir (“Gürcüstan Leyboristlər Partiyası”).

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.