DÜNYA


Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anılır

Tbilisi, 9 aprel, AZƏRTAC

Bu gün Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anılır.

AZƏRTAC xəbər verir ki, gürcü xalqı, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar Rustaveli prospekti 6 ünvanında, Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər. Gürcüstan Prezidenti, Baş nazir və hökumət üzvləri, parlamentin rəhbərliyi, deputatlar, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, din xadimləri, minlərlə insan abidə önünə əklil və gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad edirlər.

Abidəni ziyarət edənlər sırasında Bakıdan gəlmiş 20 Yanvar Cəmiyyətinin üzvləri də var idi. Onlar da gürcü xalqı ilə həmrəylik nümayiş etdirib, abidə önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Məlumat üçün qeyd edək ki, Tbilisidə 1989-cu il aprelin 9-da baş verən faciədən 30 il keçir. Həmin gün sovet ordusu Tbilisidə tanklar və zəhərləyici qaz vasitəsilə Gürcüstanın müstəqilliyi uğrunda başlamış dinc nümayişi qəddarlıqla dağıdıb.

1989-cu il 9 aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.