DÜNYA


Gürcüstanda Ana dili günü qeyd olunur

Tbilisi, 14 aprel, AZƏRTAC

Aprelin 14-də Gürcüstanda Ana dili günü qeyd olunur. Bu münasibətlə paytaxt Tbilisidə və ölkənin regionlarında müxtəlif tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda Ana dili gününün qeyd edilməsi barədə qərar 1978-ci il aprelin 14-də qəbul olunub. Həmin tarixdən bu məsələ konstitusiyada da əksini tapıb. Lakin Ana dili günü bayram kimi 1990-cı ildən qeyd edilir.

Müasir gürcü dilində 17 dialekt var. Bunların içərisində ədəbi dilin əsasını təşkil edən kartli və kaxet dialektləridir. Bu iki dialektin tərkibində iemereti, raçi, leçxum, quriya, cavax, mesx və acar dialektləri var.

Şərqi Gürcüstanda mövcud olan xevsur, moxev, mtiulo-qudmakar, tuşin və pşav dağ, həmçinin xarici ölkələrdə inqloy (Azərbaycan), fereydan (İran) və imerxev (Türkiyə) dialektləri də var.

Gürcü əlifbasında 33 hərf var. Lap qədimdə gürcülər mrqlovan (asomtavruli), IX əsrdə nusxuri (kilsə əlifbası) və XI əsrdən başlayaraq mxedruli (vətəndaş) yazı qaydalarından istifadə ediblər.

Hər üç gürcü yazı qaydası 2016-cı ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.