SİYASƏT


Gürcüstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq

Bakı, 25 may, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 28 May – Azərbaycanın Müstəqillik Gününün 104-cü ildönümünə həsr edilmiş tədbir keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, Gürcüstanla parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev də iştirak edəcək.

Milli Məclisin deputatı bu məqsədlə mayın 26-da Gürcüstana səfərə yola düşəcək. O, Azərbaycan səfirliyi tərəfindən təşkil olunacaq tədbirdə Azərbaycan Respublikasının keçdiyi tarixi yol barədə danışacaq, müstəqillik illərində qazandığı uğurlar barədə məlumat verəcək.

Rəsmi qəbulda Gürcüstanın yüksək səviyyəli rəsmilərinin iştirakı nəzərdə tutulub.

Səfər mayın 28-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.