İDMAN


Gürcüstanda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş marafonun qalibləri müəyyənləşib

Tbilisi, 17 oktyabr, AZƏRTAC

Gürcüstanda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr edilmiş marafonun qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, finiş xəttini kişi kateqoriyasında ilk keçən marafonçu David Xarazişvili, qadınlar arasında isə Ketevan Samosonadze olub. Hər iki idmançı Azərbaycan dövləti və xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ediblər.

Marafonda iştirakdan məmnunluq ifadə edən idmançılar Azərbaycanın Gürcüstandakı səfirliyinə və tədbirin digər təşkilatçılarına minnətdarlığını bildiriblər.

Qeyd edək ki, 300-ə yaxın idmançının iştirak etdiyi marafon Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBİ), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.