İDMAN


Gürcüstanda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunan marafon keçirilir

Tbilisi, 17 oktyabr, AZƏRTAC

Tbilisidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafon keçirilir.

AZƏRTAC xəbər verir ki, marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI), Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə birlikdə təşkil olunub.

Oktyabrın 17-də saat 10:00-da Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkdan (ünvan: V.Qorqasali №4) başlayan marafon Rustavi şəhərindəki parkda (ünvan: M.Kostava №12) başa çatacaq.

Marafonda yaşı 18-dən yuxarı şəxslər iştirak edirlər. Marafonda 30 kilometr məsafəni uğurla qət edərək ilk üç yeri tutan şəxslər səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin “finiş” nöqtəsinə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.