İQTİSADİYYAT
Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun növbəti görüşü keçiriləcək
Tbilisi, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun növbəti görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüşdə iştirak etmək üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisiyə gəlib.
Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri sentyabrın 27-də qatarla Tbilisidən Tetriskaro, Zalqa və Axalkalakiyə gedəcəklər. Axalkalakidə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu rəhbərlərinin görüşü olacaq. Sonra onlar Türkiyə tərəfində aparılan tikinti işlərinin gedişi ilə maraqlanacaq, əraziyə baxış keçirəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi